Qarabağ

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri - Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

“ENA” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Qeyd edilir ki, görüş 6 saatdan çox davam edib. XİN başçılarının müzakirələrinin detalları açıqlanmır.

***

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün Cenevrədə görüşüblər.

Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi keçirilir.

Görüşdə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)