Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON MƏLUMAT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1022  yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ENA..az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 54171 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 42996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 10179, hazırkı dövrədək isə 1341466 test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)