"PAŞA Sığorta"nın reytinqinin salınmasının - SƏBƏBİ
S&P beynəlxalq reytinq agentliyi PASHA Sığortanın kredit reytinqini “BB+”dan “BB”yə endirdi. Reytinq üzrə proqnoz sabitdir.
Agentliyin mütəxəssisləri qeyd edirlər ki, sığorta şirkətinin reytinqlərinin aşağı salınması, növbəti iki ildə PASHA Sığortanın kapitallaşma göstəricilərinə və maliyyə riski profilinə təzyiq göstərəcək yüksək dividend ödənişləri ilə əlaqədardır. Bundan əlavə, çətin makroiqtisadi şərtlərin sığorta şirkətinin aktivlərinin keyfiyyətinə əlavə təzyiq göstərə biləcəyi ehtimalı da nəzərə alınıb.
"Bizim proqnozumuza görə, qarşıdakı iki ildə PAŞA Sığortanın kapitallaşması gözlədiyimizdən daha az əlverişli olacaq. Biz təklif etmişdik ki, dividend həcmi 2020-2022-ci illər üzrə xalis gəlirin təxminən 50% -ni təşkil etsin. Lakin 2020-ci il üçün dividend ödəmə nisbəti 2020-ci ildə xalis mənfəətin 100%-ni təşkil edib və şirkət 2021-ci ildə eyni koffisineti ödəməsi planlaşdırır. 2022-ci ildə isə bu rəqəm xalis mənfəətin 80%-ə düşəcək", - deyə məlumatda deyilir.
Eyni zamanda, S&P mütəxəssisləri sığorta şirkətinin 2020-ci ildə imzalanmış ümumi sığorta mükafatının sabit göstəricilərini qoruya biləcəyini gözləyirlər, çünki şirkətin korporativ sektordakı müştəri bazasında əsasən Azərbaycanın ən böyük şirkətləri (ARDNŞ daxil olmaqla) təmsil olunurlar.
"PASHA Sığortanın birbaşa mükafatlarının 2021-2022-ci illərdə təxminən 5% artacağını proqnozlaşdırırıq. PASHA Sığortanın fəaliyyət göstəricilərinin qarşıdakı 2 il ərzində əlverişli olacağını və ümumi nisbətin 75-80% əhatə edəcək. PAŞA Sığortanın həyat sığortası istisna etməklə Azərbaycan sığorta bazarındakı payı 2020-ci ilin birinci yarısında ümumi sığorta mükafatlarının həcmi baxımından 41% -ə çatdı".
Agentliyin “stabil” proqnozu, ölkədəki çətin iqtisadi vəziyyətə baxmayaraq, önümüzdəki 12 ayda PAŞA Sığortanın həm sığorta, həm də investisiya seqmentlərində güclü əməliyyat göstəricilərini qoruyacağı gözləntilərini əks etdirir.
PAŞA Holding qrupuna daxil olan PASHA Sığorta 2006-cı ildən fəaliyyət göstərir. Şirkət yığılmış mükafat və sığorta ödənişlərinə görə Azərbaycanın üç aparıcı sığortaçısından biridir və 31 sığorta növü üzrə xidmətlər göstərir.