Sənaye

Dəniz limanlarından keçən yüklərin 95 faizi tranzit olub

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 7,8% - 6 milyon 545,6 min tonadək artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, “yüklərin ümumi həcmindən 6 milyon 241,8 min ton və ya 95,4% beynəlxalq tranzit yüklərin, 4,6% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 12,2% artıb”. 

Oktyabrın 1-nə Azərbaycanın limanlarında 179,5 min ton yük qalıb. 2019-cu ildə dəniz limanlarında 8 milyon 247,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bunun 7 milyon 547,2 min tonu və ya 91,5%-i beynəlxalq tranzit yüklərin, 8,5%-i yerli yüklərin payına düşüb.

Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)