Bank

Şəkidə bank filialında yanğın olub

Şəkidə lisenziyası ləğv edilmiş bankda yanğın baş verib.

Oktyabrın 19-da axşam saat 23:00 radələrində lisenziyası ləğv edilmiş “DəmirBank”ın Şəki şəhərində olan filialının ümumi sahəsi 1000 kvadrat metr olan iki mərtəbəli binasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından mühafizə hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində binanın zirzəmisində 30 p.m. kabel, 50 p.m. plastik borular və invertarlar yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)