Qarabağ

Lavrov Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti gərginləşdirməməyə çağırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ ətrafındakı vəziyyəti gərginləşdirməməyə və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. O, bu barədə Avropa Şurasının baş katibi Maria Peichinovich-Burich ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib.

ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Lavrov Rusiyanın Qarabağdakı vəziyyəti necə gördüyünü və bu istiqamətdə hansı addımlar atacağı barədə Avropa Şurasının həmkarlarına məlumat verdiyini qeyd edib.

“Əminik ki, indi ən vacib şey tərəflər arasındakı qarşıdurmanı gərginləşdirməmək, o cümlədən döyüş əməliyyatlarının dayandırılmasına nail olmaqdır. Bu, böyük bir səy tələb etmir”, – nazir söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department