Kredit ittifaqlarından biri rebrendinq edib
Lənkəran şəhərində fəaliyyət göstərən "İnam Kredit İttifaqı" MMC adını "İdeal Kredo Kredit İttifaqı" MMC-yə dəyişib.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir.
Xatırladaq ki, bu maliyyə qurumu 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Rəşad Mühəndis oğlu Məcidovdur.