Gürcüstanda məhdudiyyətlərin tətbiqinə qərar verilib
Oktyabrın 16-dan etibarən Gürcüstanın paytaxtı Tbilisidə və İmereti bölgəsində restoran və bütün əyləncə mərkəzləri saat 22:00-dək fəaliyyət göstərəcək.
Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məhdudiyyətlər koronavirus infeksiyasının yayılmasını azaltmağa imkan verəcək.
Baş nazir qeyd edib ki, yaxın günlərdə ölkədə COVID-19-a sütkalıq yoluxma sayının 1 000-i ötəcəyi gözlənilir: “Dünyada virusun qarşısını almaq üçün sərt məhdudiyyətlərdən başqa vasitə mövcud deyil”.
Qeyd edək ki, son sutkada qonşu ölkədə koronavirusa 919 olmaqla rekord yoluxma göstəricisi qeydə alınıb. Halların 366-ı Tbilisi, 286-sı Acarıstan, 104-ü isə İmereti bölgəsinin payına düşüb