Azərbaycanda inflyasiya açıqlandı
2020-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya 0,1% təşkil edib. Halbuki avqust ayında 0,2% səviyyəsində deflyasiyaya qeydə alınmışdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabr ayında qida məhsulları, içkilər və tütün qiymətləri 0,2%, xidmətlər üçün tariflər 0,1% artıb. Qeyri-ərzaq mallarında is qiymətlər dəyişməyib.
Azərbaycanda sentyabr ayının sonunda orta illik inflyasiya 2,9% təşkil edib ki, bu da avqustun sonundakı göstəriciyə uyğundur. Xüsusilə sentyabr ayının sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 5,2%, qeyri-ərzaq məhsulları üzrə 1,3%, xidmətlər 1,1% təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna qədər Azərbaycanda orta illik inflyasiya 3,1% olacaq.