BİZNES

Bu il Azərbaycana yatırılan investisiyalar azalıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala kapital qoyuluşları 10 milyard 430,2 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft və qaz sektoruna kapital qoyuluşları 15,2% artıb. Yanvar-sentyabr aylarında qeyri-neft sektoruna yatırımlar isə 14,1% azalıb.

ENA.az xəbər verir ki, investisiyaların ümumi həcminin 6 milyard 667,2 milyon manatı və ya 63,9 faizi tikinti-quraşdırma işlərinə yönəldilib.

2020-ci ilin yanvar-sentyabr aylarında ümumi kapital qoyuluşlarından 6 milyard 995,8 milyon manatı və ya bütün investisiyaların 67,1% istehsal sahələrinə, 2 milyard 492 milyon manatı və ya bütün investisiyaların 23,9% xidmət sektoru obyektlərinin inşasına yönəldilmişdir. 942.4 milyon manat və ya bütün investisiyaların 9% -i isə mənzil tikintisinə yatırılıb.

Hesabat dövründə əsas kapitala qoyulmuş xarici investisiyaların həcmi 3 milyard 764,4 milyon manat təşkil edib. Bu isə bütün investisiyaların 36,1%-dir. Daxili investisiyalara gəldikdə bu 6 milyard 665,8 milyon manat həcmindədir və bütün investisiyaların 63,9%-ni tutur. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)