Qarabağ

Ermənistan XİN rəhbəri həmsədrlərlə görüşdü

Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Rusiya KİV-in məlumatına görə, nazir Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şoferlə görüşüb.

Tərəflər Qarabağda imzalanmış humanitar atəşkəsi, əsir və ölənlərin cəsədlərinin dəıyişdirilməsi prosesini müzakirə ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)