Qarabağ

Ermənistan Gəncəni vurmaq üçün silahları hansı dövlət(lər)dən aldı?

Oktyabrın 11-də isə ABŞ-dan Ermənistana hərbi mahiyyətli avadanlıq və tibbi texnika göndərilib. Bunu Ermənistanın “Hayastan” ümumerməni fondunun icraçı direktoru Aykak Arşamyan bildirib. Onun sözlərinə görə, yaxın günlərdə ABŞ-dan yeni yüklərin gətiriləcəyinin gözləyirlər.

Sentyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan argentinalı, erməni milyader Eduardo Ernekyanla ölkəsinə yardım etməsini müzakirə edib. Argentinalı milyader Ermənistan yardım edəcəyini boyun olub.

ABŞ, Rusiya və Fransadan silah alıb, başqa bir dövlətə “pay, hədiyyə” olaraq göndərmək belə sadədir? Onda belə çıxır ki, istənilən terrorçu qrup, məsələn, PKK, İŞİD, Əl-Qaidə, yaxud “hizbi-Təhrir”, “Hizbullah”, “Əş-Şabab” və başqaları bu 3 dövlətdən silah alıb istədiyi yerə göndərə bilər.

Ermənistan terrorçu dövlətdir. Onu dəstəkləmək və silahlandırmaq terrorçuya yardımdır.

Hibrid müharibə var. Bu, artıq təsdiqlənib. Onda xaricdəki ermənilər tərəfindən Ermənistanın silahlandırılmasını “hibrid silah bazarlığı” adlandırmaq olar. Belə çıxır, Azərbaycan təkcə Ermənistanla döyüşmür. Bu savaşda hibrid müharibəni və hibrid bazarlğı təşkil edənlər də var. Ermənilər, ermənilik bu savaşda alətdir.

ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Oktyabrın 9-dək atəşkəsə nail olmaq üçün ən çox bu ölkələr canfəşanlıq edirdi.

Müddətsiz və şərtləri Ermənistan tərəfindən pozulan humanitar atəşkəs bu silahları işğalçı-terrorçuya ötürmək üçün lazım imiş.

Həmsədr dövlətlər Gəncədə dinc sakinlərin, mülki əhalinin yaşadığı binanın gecəyarısı ballistik raket hücumuna məruz qalmasını sükutla qarşılayırlar. Yoxsa, onlara atəşkəs üçün canfəşanlıq Gəncəyə hücum üçün lazım idi?

Həmsədrlərin sükutundan istifadə edən Ermənistan vasitəçi dövlətlər qarşısında yeni şərtlər irəli sürür. Nikol Paşinyan onlara bildirir ki, “Qarabağı öz müqəddəratını təyin hüququ tanınmadan atəşkəsə əməl edilməyəcək”.

Deməli, Ermənistan işğal altında olan torpaqlardan çıxmaqdansa, daha böyük iştahasını aşkar şəkildə dilə gətirir.

Vasitəçilərin, “üçlüyün” susması bununla bağlı ola bilərmi?

Bu ölkələrə aid KİV-də yayılan məlumatlar, müəyyən mənada həmin dövlətlərin rəsmi mövqeyini əks etdirir. Gəncəyə edilən hücumla bağlı məlumatı həmin ölkələrin KİV-i elə yaydı ki, sanki Azərbaycan o dövlətlərin ərazisindən raket hücumuna məruz qalıb və bu informasiya vasitələri hadisəni ört-basdır etməyə cəhd göstərir.

Atəşkəsi təkcə üçlük və onun ətrafındakılar tələb etmirdi. Bunu ərəb dövlətləri, o cümlədən körfəz dövlətləri iqtisadi əməkdaşlıq şurası, Ərəb Dövlətləri Liqası, İran da ABŞ, Rusiya və Fransanı müdafiə edirdi. Ancaq Gəncəyə edilən hücumla bağlı həmin ölkələrin rəsmi mövqeyi açıqlanmayıb. Onlar bu terrora görə Ermənistanı hələ də qınamayıblar.

Beləliklə, vasitəçilərin istəyi və israrı nəticəsində əldə edilən humanitar atəşkəs Gəncədə Ermənistanın terror ilə nəticələndi. Ermənistan havadarları və himayədarlarına arxayın olmasa idi, bu terroru törətməyə cürət etməzdi.

Bütün terrorların sifarişçiləri olur. Gəncədə törədilən 11 oktyabr terrorunun da heç şübhəsiz sifarişçisi və təşkilatçısı var. Ermənistan bunlardan biridir. Əks halda ermənilər atəşkəsə əməl edər, işğal olunmuş torpaqlardan çıxardılar. Onlara ərazilərindən silah, hərbi texnika yollayanlar Ermənistanın bölgədə terrorçuluq, dağıdıcı fəaliyyətini gücləndirir, onu regionun əl oyuncağına çevirirlər.

ABŞ, Fransa, Britaniya, Rusiya, Çin dünya “beşliyi” və Avropa İttifaqının “xaç atası” Almaniya işğalçı Ermənistanı yerində oturda bilmir? Bunun inkar cavabı,əlbəttə, çox gülüncdür.

Bütün hallarda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni şərait yaranıb. Düzdür, sonunda danışıq olacaq. Ancaq indiki şərtlər daxilində hərb daha çox məsələnin həlli yolu olaraq görülür. Danışığı əsas yol görən vasitəçiləri Ermənistan oktyabrın 11-də bir daha tərk-silah elədi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)