Sənaye

Xaricdən hərbi dronlar alan Türkiyə dron satan ölkəyə necə çevrildi?

Necə oldu ki, xaricdən hərbi dronlar alan Türkiyə dron satan ölkəyə çevrildi ?

Səlcuq Bayraktar startap səviyyəsində olan milli dron layihəsinin ciddiliyinə türk rəsmilərini necə inandıra bilib?

Son zamanlar "dron müharibələri" daha çox diqqət cəlb etməyə başlayıb.

Son dövrlərin müharibələrinin tarixi göstərir ki, hərbi dronlar, yəni Pilotsuz Uçan Aparatlar müharibənin , necə deyərlər, “söz sahibinə” çevrilib. Çox az sayda ölkələr var ki , bu sahədə öndədirlər. Onlardan biri də Türkiyədir.

Beynəlxalq mediaya nəzərə salanda görmək olur ki, Türk dronlarının son müharibələrdəki uğurlu tətbiqindən sonra bir çox ölkələr Türkiyədən bu dronları almaq üçün növbəyə durublar .

Uzun müddət Türkiyə bu tip hərbi texnologiyaları xaricdən, ABŞ və İsraildən alıb. Lakin indi zaman dəyişib və Türkiyə onları ixrac edir.

Bu necə baş verdi? Səlcuq Bayraktar “dronların atası” adını necə qazanıb.

Bununla bağlı qısa bir araşdırma apardım :

1. Səlcuq Bayraktarın ailəsinin Türkiyədə avtomobil hissələri hazırlayan balaca bir Baykar Makina şirkəti olub. Şirkəti Səlcuqun mühəndis olan atası 1984-cü ildə təsis edib və uzun müddət yerli avtomobil istehsalına töhfə verib.

2. 2000-ci ildə Baykar Makina şirkəti fəaliyyət istiqamətini dəyişərək dron istehsalına başlayıb

3. Səlcuq Bayraktar 2000-ci ildə İstanbul Texniki Universitetini Elektronika ixtisası üzrə bitirib. Sonralar Pensilvaniya Universitetinin magistrantı və Massaçusets Texnologiya İnstitutunun doktorantı olub.

MTİ-də onun diplom işi pilotsuz aparatın necə endirilməsi ilə bağlı alqoritm hazırlamaqdan ibarət olub.

4. 2005-ci ildə Türkiyə Türkish Aerospace İndustries dövlət şirkətini yaradaraq dron istehsal sahəsində ilk addımlar atmağa başlayır

Buna qədər, Türkiyə dronları, 90-cı illərin sonundan başlayaraq xaricdən, ABŞ-dan alıb. Lakin o zaman ABŞ –ın ancaq videomüşahidə aparmaq qabiliyyəti olab bu dronlarını PKK ilə mübarizədə effektiv istifadə etmək mümkün olmayıb.

Çünki müşahidə nəticəsində əldə olunan məlumatları emal etmək çox zaman aparırdı. ABŞ silahlı dronlarını isə İsrailə təhlükə olacağını bildirirərək Türkiyəyə satmırdı.

5. 2005-ci ildə , artıq Türkiyənin yerli dronlara diqqəti yarandığı zaman, həmin vaxtadək heç bir yerdə tanınmayan Səlcuq Bayraktar adlı bir türk tələbəsi də bir neçə türk rəsmisini balaca bir təqdimat mərasiminə dəvət edir.

Söhbət onun hazırladığı dronlardan - PUA-lardan gedirdi.

Lakin o zaman Səlcuq Layihənin ciddiliyinə onları inandıra bilmir.

6. 2006-cı ildə Türkiyə İsraildən video müşahidə apara bilən Heron dronları sifariş verir. Lakin İsrail bu sifarişi 5 il ləngidir. İsrail tərəfi bu dronları təhvil verəndə onların mühərrik və video müşahidə sistemində qüsurlar tapılır.

Türkiyə bunun qəsdən edildiyini bildirir və dronlar geri qaytarılır.

Onlar Türkiyə tərəfə təhvil veriləndə ilk illər idarəetməsi İsrail hərbiçiləri tərəfindən aparılır. Türklər israillli hərbiçilərin məlumatları oğurladığını və İsrail kəşfiyyatına ötürdüyünü bildirirlər.

Bütün bunlar Türkiyəni özəl dron istehsalına sahib olmağa daha da məcbur edir

7. 2006-cı ildə artıq Baykar Makinanın texniki işlrər rəhbəri olan Səlcuq Bayraktar kiçik bir hərbi tenderi udaraq ilk dəfə olaraq 19 ədəd dron hazırlayıb hökumətə təhvil verir.

8. 2007-ci ildə Səlcuq MTİ-ni bitirir və ölkəsinə qayıdaraq dronların hazırlanması üzərində daha ciddi çalışmağa başlayır

9. 2010-cu ildə Türkiyə TAİ tərəfindən özünün ANKA dronlarının istehsalına start verir. Bu dronlar 10 min metr hündürlükdə 24 saat ərzində fəaliyyət göstərə builirdi. Lakin bu dronlar silah daşıya bilmirdi.

10. 2015-ci ildə Səlcuq Bayraktar nəhayət ki özünün hazırldığı ən uğurlu silahlı dronu – BayraktarTB2-nin təqdimatını keçirə bilir.

Sonralar silah istehsalçıları və alıcılarının diqqətini cəlb edəcək bu dron 7 km hündürlükdə 24 saat uçuş müddətində malik idi. Gövdəsində 50 -60 kq bomba daşıya və 150 km məsafəyə uçuş edə bilirdi.

Bu dronlar Türkiyənin PKK-ya qarşı apardığı mübarizəsində, həmçinin sonralar Liviya və Suriyada müharibələrdə ciddi uğurlar qazandı. Bayraktar TB2 dron sürüləri ən məşhur hava hücumu silahlarından, zenit qurğularından yayınaraq vacib hədəflərə dəqiq zərbələr endirə bilirdi.

Məlum oldu ki, milyonlarla dəyəri olan zenit kompleksləri, S-300 -lər adi dronlar qarşısında effektiv deyilmiş. Hələlik dron sürüsünə qarşı effektiv mübarizə apara biləcək elə bir ciddi vasitələr də istehsal olunmayıb.

Xarici mətbuat yazırdı ki, o zaman Səlcuq daha bir “dəqiq zərbəni” 2016-cı ildə endirdi, o, həmin il Prezident Rəcəb Tayyib Ərdoğanın qızı ilə evləndi 

11. Səlcuq 2019-cu ildən Türkiyənin ilk milli uçan avtomobili , "CEZERİ" Layihəsi üzərində işləyir.

Prezident İlham Əliyev xarici mətbuata verdiyi müsahibələrində Türkiyənin bu hərbi texnologiyasını çox yüksək qiymətləndirmiş, onu Türkiyə xalqının texnoloji-intellektual potensialı olaraq dəyərləndişdir.

Bu hərbi texnologyanın Azərbaycan Ordusunda olmasının isə ordumuzun hədsiz dərəcədə güclənməsinə gətirb çıxardığını qeyd etmişdir. BayraktarTB2-nin 5 milyon $ olduğu bildirilir.

Yeri gəlmişkən, hazırda bizim müdafiə sənayesi sistemində 2016-cı ildən başlayaraq ZƏRBƏ silah dronu, həmçinin Orbitr 4 və Orbitr 3 müşahidə-kəşfiyyat xarakterli dronlar istehsal olunur.

Bu dronlarımız bir neçə beynəlxlaq silah sərgisində təqdim olunub.

Eyni zamnda, ölkəmizdə startap səviyyəsində "Bayquş" və "Yarasa" dronlarının da hazırlandığı haqqında məlumatlar verilmişdir.

Düşünürəm ki, gələcəkdə hökumətin bu sahəyə diqqəti və investisiyaları gücləndirməsi, AzTU-da mövcud həbi ixtisaslar çərçivəsində Türkiyə Universitetləri ilə birgə araşdrımalar aparması və birgə kadrların hazırlanmasına başlanması faydalı olardı

 

Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)