Ermənilər Xankəndidəki hərbi hissələrin şəxsi heyətini təxliyyə edir
Müdafiə Nazirliyi oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində davam edən bütün cəbhə boyu gərgin döyüşlərlə bağlı məlumat yayıb.
“ENA” xəbər verir ki, məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyyə edilir.
Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.