BİZNES

Məşhur xəbər agentliyi 3 mindən çox əməkdaşını işdən çıxarır

"Thomson Reuters" İnformasiya Agentliyi xərcləri azaltmaq məqsədi ilə 2020-ci ilə qədər, təqribən, 3,2 min əməkdaşını və ya qlobal ştatın 12%-ni işdən çıxarmağı planlaşdırır.

"BI" xəbər verir ki, şirkət təmsilçiləri investorlar üçün təqdimat zamanı şirkətin ofislərinin sayını da 185-dən 133-ə qədər azaldacaqlarını bildiriblər.

Bu tədbirlərin əldə olunan gəlirdən kapital qoyuluşuna ayrılan payın cari 10%-dən 7-8%-ə azaltmağa kömək edəcəyi gözlənilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)