Birja

Trampın dərmanını istehsal edən şirkətin səhmləri coşdu: 1 GÜNDƏ 4.3 MLRD DOLLAR

Koronavirusa tutulan ABŞ Prezidenti Trampın müalicəsində istifadə olunan REGN-COV2 dərmanının istehsalçısı Regeron-un səhmləri dünən böyük sıçrayış göstərib. Şirkətin bazar dəyəri bir gündə 4.3 milyard dollar artaraq 64.4 milyard dollara çatıb.

Koronavirusa yoluxmuş ABŞ prezidenti Donald Tramp dünən gecə xəstəxanadan çıxaraq Ağ Evə qayıdıb və sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlayəb. Trump-ın müalicəsində istifadə olunan REGN-COV2 dərmanının istehsalçısı Regeron-un səhmləri bu açıqlamadan sonra dünən yüzdə 7 artıb.

Bu yüksəliş şirkətin CEO və həmtəsisçisi Dr. Leonard, Şleiferin sərvətinin mart ayından bəri 400 milyon dollar artaraq 2,5 milyard dollara çatmasına imkan yaradıb.

Dr. Leonard Schleifer, keçən cümə Trampın müalicəsi ilə bağlı bir açıqlama verərək “Ümid edirik ki, Tramp immunitet sistemini kifayət qədər gücləndirərək xəstəliyi tamamilə aradan qaldıracaq", - deyib.

Regeneron, Trump-ın müalicəsində istifadə olunan REGN-COV2 dərmanının ayda 300 min doza istehsal etməyi hədəfləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)