Yeni BOKT yarandı - Mərkəzi Bank lisenziya verdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Prior Credit" QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 47-yə çatıb.
Xatırladaq ki, "Prior Credit" bu ilin may ayında yaradılıb. Yeni BOKT "Prior Leasing" ASC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 25E-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimal tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Emin Elman oğlu Vəliyevdir.