Hulusi Akar: "Sonadək Azərbaycanı müdafiə edəcəyik"
"Terror qruplaşmaları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məyusluğa uğrayınca əvvəlcə qarayaxma kampaniyası aparsa da, hamısının yalan olduğu çox qısa zamanda məlum oldu”.
“Haberturk” yazır ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olacağıq. Ermənistan indi də barbarcasına və terror əməlləri ilə günahsız mülki sakinlərin yaşadığı bölgələri hədəf alır. Bu, hərbi cinayətdir. Uşaq, qadın, yaşlı demədən günahsız mülkü şəxsləri açıq-aşkar hədəf alan Ermənistan hakimiyyəti başda öz xalqı olmaqla insanlıq vicdanında mütləq yaxın zamanda mühakimə olunacağını hamının bilməsi lazımdır. Buna heç kim şübhə etməsin. Ermənistanın insanlığa qarşı daha artıq günah işlətməməsi üçün işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror qrupları ilə əməkdaşlığa son qoymalı, bölgəyə gətirdiyi muzdlu hərbçiləri, terrorçuları qısa bir müddətə bölgədən çıxarmalıdır. Bundan başqa, 30 il boyu işğalı sükutla izləyənlər Ermənistanın bu sifətini də görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə verilməsi üçün fəaliyyət göstərməlidirlər”, - o deyib.