Neft Fondu sentyabrda daha çox dollar satıb - AÇIQLAMA
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin sentyabr ayında valyuta hərraclarında 606,4 milyon dollar məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF bu ilin avqust ayında valyuta hərraclarında 478 milyon dollar məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabr ayında xarici valyuta satışının həcmi avqust ayı ilə müqayisədə 26,9% artıb.
Beləliklə, cari ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında 5 milyard 610,1 milyon dollar satıb.
ARDNF bu il ümumilikdə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.