Teleqrama şərh funksiyası əlavə olundu
![](https://ena.az/uploads/news/2020-10/_ena_cf67eb938e54a6f743d5d0842_o.jpg)
Teleqram mesenceri kanallarda şərh funksiyasını işə salıb.
Bu barədə teleqramın yaradıcısı Pavel Durov teleqram kanalında bildirib.
“Teleqramı yeniləyəndən sonra, bu da daxil olmaqla, bəzi kanallarda şərh yaza biləcəksiniz”, – o yazıb.
Durov əlavə edib ki, şərhlər müəyyən bir kanala bağlı olduğu üçün qrup çatı şəklində olacaq.