Bank

Banklar pandemiyaya görə 1,3 milyard manat krediti restruktizasiya edib

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin dövründə banklar pandemiyadan təsirlənmiş fiziki şəxslərin və sahibkarların kreditlərinin geniş restrukturizasiyası prosesinə başlayıb.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.

Məlumata görə, 15 sentyabr 2020-ci il tarixinə pandemiya ilə bağlı 1,3 milyard manat məbləğində restrukturizasiya müraciəti olunub, müraciətlərin məbləğ üzrə 85%-i icra edilib. Hazırda, banklarda restrukturizasiya müraciətlərinə baxılması prosesi davam edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)