Amerikanın texnologiya nəhəngləri “Apple”a qarşı koalisiya yaradıblar
Amerikanın texnologiya nəhəngləri olan “Epic Games”, “Spotify” və digər şirkətlər mobil tətbiq inkişafetdiricilərinin hüquqlarını qorumaq üçün “Apple”a qarşı koalisiya yaradıblar.
ENA.az “İz.ru”ya istinadən xəbər verir ki,“Coalition for App Fairness” adlı qeyri-kommersiya təşkilatının manifesti və iş prinsipləri sentyabrın 24-ü onun rəsmi veb-saytında yayımlanıb.
Şirkətlər App Store və Google Play mağazalarında yerləşdirilən mobil tətbiqlərin inkişafetdiricilərinin maraqlarını müdafiə etmək niyyətindədirlər.
Manifestin müəllifləri hesab edirlər ki, heç bir onlayn-mağaza platformasında yerləşdirilmiş tətbiqlər daxilində alış-veriş etmək hüququna malik olmamalıdır. Bundan əlavə, onların fikrincə, inkişafetdiricilərə bu platformalara rəqib olan tətbiqləri yerləşdirmək və satmaq hüququ verilməlidir.
Bildirildiyi kimi, tətbiqlər bu və ya digər onlayn-mağazadan yalnız inkişafetdiricilər tərəfindən silinə bilər, o da yalnız “təhlükəsizlik, məxfilik, keyfiyyət və məzmun” standartları pozularsa.
Bəyanatda inkişafetdiricilərin onlayn-mağaza sahiblərinin inhisarlaşmasına qarşı olması qeyd edilir.
Xatırladaq ki, daha əvvəl “Epic Games” şirkəti “Apple”in 30%-lik komissiyasından qaçmağın və eyni zamanda oyunundan qazanc götürməyin yeni yolunu tapmışdır. Belə ki, Fornite oyununda oyunçular daxili valyuta ala və malları bilavasitə tətbiq vasitəsilə ala bilirdilər.
Qaydaların pozulmasına görə “Apple” bu oyunu avqustun 28-i App Store-dən silib. “Google” da eyni addımı atıb.