"BakuBus" ehtiyat hissələrinin alınmasına 2,9 mly manat xərcləyib
"BakuBus" MMC, şirkətin balansında olan Iveco avtobuslarının istismarı üçün ehtiyat hissələrinin alınması üçün təxminən 2,9 milyon manat ödəyəcək.
www.tender.gov.az saytının məlumatına görə, BakuBus bununla bağlı "Az-Tex-Import" MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 2 milyon 888 min 493,69 manatdır.
Xatırladaq ki, BakuBus özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərir. "BakuBus" MMC Nazirlər Kabinetinin sərəncamına əsasən Bakı şəhərində avtobus nəqliyyatı xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir nəqliyyat vasitələri ilə təchiz edilməsi və sərnişin daşınmasının təhlükəsizliyini təmin etmək məqsədi ilə 2014-cü ilin aprel ayında yaradılıb.