BİZNES

Üç ASC ləğv edilir

“Ə.Ansuxski adına Balakən konserv zavodu” ASC, “AZ AQRO” ASC, “CEDEROVTALA TÜTÜN” ASC-lərinin ləğv edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 23-27 Noyabr 2020-ci il tarixlərində hər 3 ASC səhmdarlarınınnövbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Balakən şəhəri, R, Səmədov küç 20 nömrəli ünvanda keçiriləcəkdir.

Ümumi yığıncaqların gündəliyindəki məsələlərdən biri müəssisələrin ləğvidir.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)