Nikolai Beckers: Azərbaycan vətəndaşları daha çox danışırlar
Dünyada mobil operatorların gəlirlərinin formalaşmasında internet xidmətinin payı artır. Bunu nəzərə alan mobil telefon istehsalçıları da internet xidmətlərini daha çox dəstəkləyən proqram həllərinə malik məhsul buraxmağa çalışırlar.
"BI" xəbər verir ki, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, hazırda şirkətin göstərdiyi xidmət portfelində 60 faiz səs xidmətləri, 40 faizini internet əhatə edir.
Qlobal bazarda isə bu tendensiya dəyişir və data xdimətlərindən istifadə səs xidmətlərini üstələyir.
“Azərbaycanda hələ də səs xidmətləri öz populyarlığını qoruyub saxlayır. Ancaq mobil telekommunikasiya bazarının getdiyi istiqamət onu göstərir ki, getdikcə mobil internet xidmətlərindən daha çox istifadə ediləcək və bu səs xidmətlərini üstələyəcək”.
Nikolai Beckers 2019-cu ildə Azərbaycanda 80 milyon manat civarında investisiya yatırmağı planlaşdırdıqlarını qeyd edib. Onun sözlərinə görə, gələn ilin sonuna “Bakcell” Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırıb.