Aqrar

Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları fermerlərə xidmətə başlayır

Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları sentyabrın 28-dən etibarən bölgələrdə fermerlərə xidmətə başlayır.

 Bu barədə “ENA”ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, mikroavtobuslar vasitəsilə səyyar xidmət Masallı, Xaçmaz, Şəki, Kürdəmir, Şəmkir və Bərdə rayonlarında həyata keçiriləcək. Bu rayonlarda yaşayan fermerlər ərazi üzrə səyyar xidmət təşkil olunacaq kəndlərin siyahısını və xidmət qrafikini Dövlət Aqrar İnkişaf Mərkəzlərindən və Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzindən zəng vurub öyrənə bilərlər.

Xidmətin təşkil olunacağı kəndlərdə fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edə bilərlər. Fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri kifayətdir.

Qeyd edək ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə bütün rayonlarda xidmətin təşkili nəzərdə tutulur. Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department