Bank

Müəllimlər ““AccessBank”a bir 5” deyəcək!

Bakı. 23 sentyabr 2020. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq, “AccessBank” yeni nağd kredit kampaniyasına başlayır. Kampaniya çərçivəsində təhsil işçiləri 30.000 AZN-dək kredit məbləğini 6-48 ay müddətinə əldə edə bilərlər. Müəllimlər kampaniyadan illik 18%-dən başlayan faizlə yanaşı, 0%-dək komissiya ilə də yararlana bilərlər. Təhsil işçiləri üçün nəzərdə tutulmuş “AccessBank”a bir 5” kampaniyasında 15.000 AZN-dək olan məbləği zaminsiz əldə etmək imkanı da var. Kampaniyanın əsas özəlliyi kreditin ilk ayının faizinin təhsil işçilərinə Bank tərəfindən hədiyyə olunmasındadır.

Daha ətraflı məlumat üçün:
https://accessbank.az/az/our-bank/campaigns/detail.php?id=31122

Kampaniya 31.10.2020 tarixinədək qüvvədədir.

Kampaniya ilə bağlı bütün xəbərlərlə #AccessBankabir5 həştəqi altında tanış ola bilərsiniz. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department