Aqrar

“Məhsul çox olduğu üçün qiymət də ucuzdur”

Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1122,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 932,9 hektarı barverəndir.

Rayon Statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, xeyli vaxtdır üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək bağlardan 2516,6 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 357 ton çoxdur.

Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xələc kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir.

Məhsul çox olduğu üçün qiymət də ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramını 40-50 qəpiyə təklif edirlər.

Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm plantasiyalarından 25-30 ton məhsul yığılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)