Dünya iqtisadiyyatının nə zaman dirçələcəyi açıqlandı
Dünya iqtisadiyyatı COVID-19 pandemiyası üzündən ortaya çıxan böhranı 5 il ərzində dəf edəcək.
ENA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart bildirib.
“Karantinlə bağlı məhdudiyyətlərin ləğv olunmasından dərhal sonra sürətli qayıdış mümkündür, amma tam şəkildə düzəlmək üçün 5 il vaxt lazım gələcək”, - ekspert Madriddə keçirilən bir konfransa məsafədən qoşularaq qeyd edib.
Onun fikrincə, böhrandan sonra son 20 ildə ilk dəfə olaraq dünyada yoxsulluq səviyyəsi artacaq.