Tenderlər

Dövlət Neft Fondu məsləhətçi cəlb edir

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) insan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

ENA.az xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 16-sı, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 26-sı, saat 18:00-a qədər qurumun Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş mütəxəssisi Ayna Cahandarovadır. Telefon: (012) 498-77-53 (daxili 8008).

Təkliflərə oktyabrın 27-si, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec satınalma müqaviləsi imzalandığı tarixdən 1 il müddətində təhvil verilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)