Sosial iqtisadiyyat

Bu gün parlament yeni cəriməni müzakirə edəcək

Bu gün Milli Məclisin Hüquq  siyasəti və dövlət  quruculuğu  komitəsinin 2020-ci ilin payız  sessiyasında  ilk iclası  keçiriləcək.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək,  payız sessiyası üçün iş planının layihəsi təsdiqlənəcək.

Bundan  başqa   iclasın gündəliyinə  7 digər  məsələlərin birinci  oxunuşda müzakirəsi daxil edilib. Komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda,  Şəhərsalma və Tikinti, Əmək, Mülki Prosessual, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədlər  müzakirə  ediləcək. 

İclasda “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department