Tahir Mirkişili: “İqtisadi Şuraya iqtisadiyyatı 2 dəfə artırmaq tapşırılıb”
“Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla yaradılmış İqtisadi Şuranın qarşısında Azərbaycan iqtisadiyyatında yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması məqsədi qoyulub”.
ENA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
“Şuranın hədəflərinə çatması üçün hökumətə köməklik edilməsi ilə bağlı komitə qarşısında da tələblər var”, - deyə o, qeyd edib.