Sığorta

Azərbaycanda sığorta şirkətinin bütün filial və nümayəndəlikləri bağlandı

“AXA MBask” Sığorta şirkətinin 5 filial və 3 nümayəndəliyi ləğv edilib.

ENA.az bu barədə sığorta şirkətinin yarımillik hesabatına istinadən xəbər verir.

Şirkətin bütün ləğv edilən filial və nümayəndəlikləri aşağıdakılardır:

  • Bakı bölgəsi filialı, Bakı şəhəri,Həzi Aslanov küç 80/9
  • Qərb bölgəsi filialı, ünvan: Gəncə şəhəri
  • Aran bölgəsi filialı, ünvan: Şəki şəhəri
  • Cənub bölgəsi filialı, ünvan: Lənkəran şəhəri
  • Şimal bölgəsi filialı, ünvan: Sumqayıt şəhəri
  • Quba nümayəndəliyi, ünvan: Quba şəhəri
  • Şamaxı nümayəndəliyi, ünvan: Şamaxı şəhəri
  • İmişli nümayəndəliyi, ünvan: İmişli şəhəri

Xatırladaq ki, AXA MBASK-ın səhmdarının qərarına əsasən nizamnamə kapitalı 20.53 mln. manata qədər azalıdılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department