Sosial iqtisadiyyat

Pandemiyadan sonra hansı iş sahələrinə daha çox ehtiyac olacaq?

Pandemiya sonrası vəziyyət yeni iqtisadi sahələrin formalaşması üçün münbit şərait yaradır.

Bunu Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı pandemiyadan sonra hansı iş sahələrinə daha çox ehtiyac duyulacağına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, pandemiyadan sonra texnologiya sahəsində sürətli bir dəyişiklik yaşanacaq. Həmin dövrdə artıq texnologiyanın insanla daha az təmasda olacağı və uzaqdan idarəetmənin mümkün olduğu sahə inkişaf edəcək: “Bu dövrdə bütün sektorların rəqəmsal hala gəldiyini düşünsək, informasiya texnologiyaları sektoru daha çox inkişaf edəcək. Bu dövrdə kənd təsərrüfatının əhəmiyyəti də yenidən dərk edildi. Kənd təsərrüfatı və kənd təsərrüfatı sektorları ön plana çıxacaq və xüsusilə ölkələrin qida təhlükəsizliyi məsələsi daha çox əhəmiyyət qazanacaq”

Hansı keyfiyyətlərə sahib olan kadrların önə çıxacağına gəldikdə, Ə.Süleymanlı qeyd edib ki, texnoloji yeniliklərdən maksimum dərəcədə yaxşı istifadə etmək bacarığı olan, innnovativ düşüncə və tənqidi təfəkkürə sahib, yeni iqtisadi və siyasi münasibətlər sistemində yeni məhsullar, yeni iş üsulları icad etmək üçün yaradıcı təxəyyülə sahib işçilərə tələbat artacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)