“Amazon” təsisçisinin keçmiş həyat yoldaşı dünyanın ən zəngin qadını oldu
“Amazon” qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott, dünyanın ən zəngin qadını olub. Banker.az “Bloomberg”ə istinadən verdiyi məlumata görə, onun sərvəti 68 milyard dollar təşkil edib.
Skott hətta kosmetika nəhəngi “L’Oreal”ın qurucusunun nəvəsi Françoise Bettencourt-Mayeri qabaqlayır. “Forbes” jurnalı onun sərvətini 66,8 milyard dollar dəyərində qiymətləndirir. Ümumilikdə, Skott və Mayer dünyanın ən zəngin adamları siyahısında 12-ci və 13-cü yerləri tuturlar.Ad - 00:05
“Bloomberg”in qeyd etdiyi kimi, Ceff Bezosun sərvəti rekord səviyyəyə – 207 milyard dollara çatıb. Bu ilin iyulundan bəri “Amazon” səhmləri 15%-dan çox bahalaşıb.
Makkenzi Skott dünyanın ən zəngin qadını olsa da, bu mövqeyini uzun müddət əlində saxlaya bilməyib. “Forbes Real-Time”ın qiymətləndirmələrinə görə, hal-hazırda dünyanın ən zəngin qadını Elis Uoltondur (“Walmart”, 68,8 milyard dollar, ümumi reytinqdə 12-ci yer). Dünyanın ikinci ən zəngin qadını Bettankur-Mayers (67,3 milyard dollar, 16-cı yer), üçüncü isə Skottdur (66,9 milyard dollar, 17-ci yer).
Xatırladaq ki, Bezos və Skott ailəsi 2019-cu ildə ayrılıb. Boşanma nəticəsində Skott “Amazon”nun 25%-ni alıb (38 milyard dollar). İyul ayında Skott 2019-cu ildə irqi bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizəyə 1,7 milyard dollar bağışladığını söyləyib.
Bundan əlavə, Makkenzi Skott “Giving Pledge” imzalayıb – o, sərvətinin yarısını xeyriyyəyə bağışlayacaq. Bezosun özü “Giving Pledge” imzalamayıb.