MALİYYƏ

Azərbaycan dövlət borcunun xidmətinə xərcləri 21,3% azaltmağı planlaşdırır

Azərbaycan hökuməti 2021-ci ildə dövlət büdəcindən 2 mlrd. 351,8 mln. manatı dövlət borcunun xidmətinə ayırmağı planlaşdırır. Bu barədə agentliyinə Malityyə Nazirliyindən məlumat verilir.

“Bu vəsaitdən 1 milyard 787,3 milyon manat birbaşa xarici dövlət borcunun xidmətin xərclərə, 417,4 milyon manat – dövlət zəmanəti ilə cəlb olunan öhdəliklərin təmin edilməsi, 147 milyon manat – daxili dövlət borcunun xidmətinə xərclərə yönəltmək planlaşdırılır”, - Maliyyə Nazirliyindən qeyd ediblər.

Bundan başqa, 2021-ci ildə hökumət beynlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində cari kredit sazişləri üzrə 609,5 milyon manat vəsaiti istifadə etməyi planlaşdırır.

Maliyyə Nazirliyinin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə dövlət borcunun xidmətinə xərclər 1 milyard 908,5 milyon manat, 2023-cü ildə - 1 milyard 887,6 milyon manat, 2024-cü ildə - 1 milyard 851,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Beləliklə hökumət 2021-2024-cü illərdə dövlət borcunun idarə olunmasına xərcləri 21,3% azaltmağı planlaşdırır.

2020-ci ildə hökumət dövlət borcunun idarə olunmasına 1 milyard 726.2 milyon manat yönəltməyi planlaşdırır.

2020-ci il iyulun 1-nə Azərbaycanın dövlət borcu $9 milyard 813,3 milyon (16 milyard 682,6 milyon manat) və ya ÜDM-in 24,5%-nə bərabərdir. Maliyyə Nazirliyinin məlumatına əsasən, dövlət borcu strukturunda $8 milyard 960,3 milyon (15 milyard 232,5 milyon manat) və ya ÜDM-in 22,4%-i xarici borc, 1 milyard 450,1 milyon manat və ya ÜDM-in 2,1%-i – daxili borcun payına düşür.

Hökumətin qiymətləndirmələrinə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət borcunun həcmi $7,7 mlrd.-a qədər və ya ÜDM-in 14,1%-i azalmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department