Valyuta hərracında dollara tələb 24%-dən çox artıb
![](https://ena.az/uploads/news/2020-09/_ena_8038d665290093ea45ce18f59_o.jpg)
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ABŞ dollarına tələb sentyabrın 1-nə nisbətən 15,4 mln ABŞ dolları və ya 24,2% artaraq 79,1 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.