İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılır
İşsizlikdən Sığorta Fondunun 2021-ci il üçün gəlirləri və xərcləri açıqlanıb.
Bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.Ad - 00:12
Sənəddə qeyd edilib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 152,4 milyon manat nəzərdə tutulur.
Qeyd edək ki, 2020-ci il üçün İşsizlikdən Sığorta Fondun gəlirləri və xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.