Bank

“PAŞA Bank” nizamnamə kapitalını artırır

“PAŞA Bank” ASC nizamnamə kapitalını 21 511 800 manat və yaxud 6,5% artıraraq 333 000 000 manatdan 354 511 800 manata çatdırmağı planlaşdırır.

Bu barədə “ENA”ya maliyyə bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı şəkildə yerləşdiriləcək və onları Bankın mövcud səhmdarları alacaqlar. Proses “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutacaq.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Hazırda Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department