Sosial iqtisadiyyat

Ermənistan Qarabağ danışıqlarını bərpa etmək üçün ŞƏRT QOYDU

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla Qarabağ münaqişəsinə dair danışıqları bərpa etmək üçün şərt irəli sürüb.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirliyin mətbuat katibi Anna Naqdalyan baş nazir Nikol Paşinyanın da söylədiyi bəzi prinsiplərə əməl olunmasının vacibliyini deyib.

“Güc tətbiq edilməməsi, düşmənçilik ritorikasının səsləndirilməməsi və atəşkəs rejiminin səsləndirilməməsi əsas şərtimizdir”-deyə Naqdalyan söyləyib.

Rəsmi Yerevan xarici işlər nazirləri Zoqrab Mnatsakanyan və Ceyhun Bayramov arasında danışıqların konkret tarixinin tezliklə ictimaiyyətə açıqlanacağını söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)