ENA+

Məşhur milyarder vəfat etdi

Belçikalı məşhur milyarder investor və ölkənin ən varlı adamı Albert Frere bu gün vəfat edib. 

"BI" "Blommberg"ə istinadən xəbər verir ki, "Groupe Bruxelles Lambert" holdinq tərəfindən verilən açıqlamada, belçikalı məşhur milyarder Albert Frere-nin bu gün 92 yaşında vəfat etdiyi bildirilib.

Belçikanın ən zəngin insanı adına da sahib olan Frere-nin çoxlu sayda sektorda investisiyaları var idi.

Bloomberg Milyarderlər İndeksinə görə, o, 5.7 milyard dollar sərvətə malik idi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)