Bank

“Bank Avrasiya” ASC-nin səhmdarlarından birində dəyişiklik olub

Emin Bahadır oğlu Bağırov "Azbizneskom" MMC-nin direktoru təyin olunub.

Bu şirkət son nəzarətedici tərəfinin gizli qaldığı "Bank Avrasiya" ASC-nin 3 səhmdarından biridir.

"Azbizneskom" MMC 2008-ci ildə yaradılıb. Onun təsisçisi və ilık direktoru Əşrəf Kamilovdur. Ə. Kamilov Azərbaycanın iki iri sənaye-investisiya qrupunun son nəzarətedici tərəfi, "AtaHolding" şirkətlər qrupunun Müşahidə Şurasının üzvüdür. O, daha bir neçə yerli şirkətin təsisçisidir. Lakin yerli media onun bu şirkətlərdə keçmiş vergilər naziri Fazil Məmmədovun maraqlarını təmsil etdiyini yazır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)