Valyuta hərracı keçirildi - NƏTİCƏ
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ABŞ dollarına tələb avqustun 27-nə nisbətən 1,1 mln ABŞ dolları və ya 1,7% azalaraq 63,7 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.