Bank

"PASHA Bank" işçi axtarır - VAKANSİYA

PASHA Bank Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis CRM, Jira, DMS vakansiyasını elan edir.

Vəzifənin məqsədi

Bank sənayesi ilə əlaqəli biznes tədbiqlərinin idarə edilməsinə cavabdehdir (Treasure Management System, Anti money-Laundering System).

Vəzifə Öhdəliyi:

- Biznes tədbiqi ilə bağlı layihələrin hazırlanma dövrünün bütün mərhələlərini idarə etmək, ilkin biznes tələblərini toplamaq, təklif və qiymətləndirmə hissələri ilə bağlı sorğular hazırlamaq.
- Korporativ standartlara və ITIL təcrübəsinə uyğun mövcud informasiya sistemlərini və vasitələrini idarə etmək.
- Dəyişikliyin idarə edilməsinə uyğunlaşmaq.
- Proqram vasitələrinin və məhsullarının paylanmasının düzgün sənədləşdirilməsini və saxlanılmasını təmin etmək.
- Müqavilənin məzmunu, SLA( xidmət səviyyəsinin müqaviləsi), infrastruktur, lisenziya tələbləri ilə bağlı vendorlar və üçüncü şəxslərlə danışıqlar aparmaq.
- Mövcud biznes tələblərini hazırlamaq və qiymətləndirmək üçün biznes müştərilərinə köməklik göstərmək.
- Son istifadəçilər üçün koçluq etmək və təlimlər vermək.
- İş tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün birbaşa menecerlərin və departament müdirlərinin yazılı və şifahi təlimatlarını icra etmək.
- Şirkətin məlumatlarının məxfiliyinin qorunmasına məsul olmaq.
- Məsul olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: : Linux, MS Server, Pl-SQL, T-SQL;
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı);
• Kompüter bilikləri: MS Office, SQL-scripting, Linux əsasları, MS Server əsasları, MS SQL Server əsasları;
• Məhsul biliyi: Banking SW, Finance SW;
• Bazar biliyi: Bankçılıq təcrübəsi;
• Digər: Biznes prosesinin idarə edilməsi bacarıqları.

Kandidatların kompetensiya, potensial və bacarıqlarına əsasən müəyyən vəzifəyə baxılmaları nəzərdən keçirilmələri dəyişə bilər.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 28.09.2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis CRM, Jira, DMS” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department