Sosial iqtisadiyyat

Qırğız Respublikası Azərbaycan vətəndaşları üçün sərhədləri açıb

Bu gündən etibarən Azərbaycan vətəndaşlarının Qırğız Respubllikası ərazisinə girişinə icazə verilir.

Bu barədə qərar bu il avqustun 21-də respublikanın Xarici İşlər Nazirliyi tərəfindən verilib.

Eləcə də bax: ÜST beynəlxalq sərhədlərin açılmasını dəstəkləyir

Belə ki, ölkə XİN-i epidemioloji vəziyyətin sabitləşdiyi 32 ölkə üçün “qapıları” açmaq qərarına gəlib. Buraya Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Türkmənistan, Belçika, Avstriya, Böyük Britaniya, Almaniya, İrlandiya, İslandiya, İtaliya, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Portuqaliya, Türkiyə, İsveçrə, İsveç, Qətər, BƏƏ, Çin, Malayziya, Cənubi Koreya, Pakistan, Sloveniya, Küveyt, Özbəkistan və Yaponiya daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)