BİZNES

Bir neçə saata 4,2 milyard dollar qazandı

“Zoom” videokonfrans xidmətinin operatoru olan ABŞ-ın “Zoom Video Communications” şirkətinin qurucusu, icraçı direktoru, direktorlar şurasının sədri və prezidenti Erik Yuan bazar ertəsi bir neçə saat ərzində sərvətini 4,2 milyard ABŞ dolları həcmində artırıb.

Bu barədə “Bloomberg” xəbər verir.

Eləcə də bax: Bilməli olduğunuz 100 faydalı və maraqlı İNTERNET SAYTI

Şirkətin səhmləri müsbət korporativ hesabatların dərcindən sonra kəskin şəkildə artıb. Belə ki, ABŞ-da keçirilən elektron birja sövdələşmələrində “Zoom Video Communications”ın səhmləri bir neçə saat ərzində, təxminən, 26% bahalaşaraq 410 ABŞ dollarına yaxınlaşıb. “Bloomberg” bu tendensiyanın çərşənbə axşamı səhərədək davam edəcəyi təqdirdə Erik Yuanın sərvətinin 20 milyard ABŞ dollarını ötəcəyini təxmin edir.

Qeyd edək ki, “Zoom”un populyarlığı yeni növ koronavirusun yayılması və xeyli sayda insanın məsafədən işləməyə keçməsi fonunda nəzərəçarpacaq dərəcədə artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)