“Silk Vey Holdinq”in və törəməsinin nizamnamə kapitalı kəskin azaldılıb
“Silk Vey Holdinq” MMC-nin nizamnamə kapitalı 40 milyon 550 min 290 manat və yaxud 8,3 dəfə azaldılıb.
Qurumun kapitalı 46 milyon 101 min 490 manatdan 5 milyon 551 min 200 manata endirilib.
Xatırladaq ki, “Silk Vey Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq əsasən aviasiya sahəsində fəaliyyət göstərir.
Bundan başqa, “Silk Vey Holdinq”ə daxil olan “Silk Way Aviaşirkəti” MMC-nin də nizamnamə kapitalı 64 milyon 999 min 781 manat və yaxud təxminən 3 dəfə azaldılıb. Aviaşirkətin kapitalı 97 milyon 27 min 781 manatdan 32 milyon 28 min 000 manata endirilib.
Xatırladaq ki, “Silk Way Aviaşirkəti” 2001-ci ildə yaradılıb. Aviaşirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.