BİZNES

Mark Zuckerberg bir həftədə 10 milyard dollar zənginləşib

“Facebook”un qurucusu və rəhbəri Mark Zuckerberg-in sərvəti son bir həftə ərzində 10 milyard dollar artaraq, yenidən 100 milyard dollar həddini keçib. Xatırladaq ki, o daha əvvəl də bu həddi keçmişdir, lakin bir müddətdən sonra göstəricilər dəyişib. ENA.az xəbər verir ki, hal-hazırda Zuckerberg-in sərvəti 107,8 milyard dollar təşkil edir.

Bildirildiyi kimi, 24-28 avqust tarixləri arasında “Facebook” səhmləri 4% artıb. Buna analitiklərin müsbət proqnozları kömək edib: onların fikrincə, korporasiya rəqəmsal reklam bazarındakı üstünlüyü və elektron ticarətdə göstərdiyi səylər səbəbindən böyük potensiala malikdir.

Hazırda Zuckerberg “Forbes”un qiymətləndirmələrinə görə, dünyanın ən zəngin iş adamlarının reytinqində dördüncü yeri tutur. Üçüncü yerə keçmək üçün o, “Louis Vuitton” şirkətinin sahibi Bernard Arnault-u qabaqlamalıdır.

Bir həftədəki müvəffəqiyyət baxımdan ikinci sırada “Tesla”nın baş direktoru Elon Musk dayanır. Onun sərvəti 6 milyard dollardan çox artaraq, 100 milyard dollar həddini aşıb. Buna baxmayaraq, sahibkar bu mövqeyi qoruyub saxlaya bilməmişdir, hazırda onun sərvəti 97,8 milyard dollara düşüb.

Bundan əvvəl “Amazon”nun rəhbəri Jeff Bezos-un tarixdə ilk dəfə 200 milyard dollar həddini aşdığı məlum olub. Qeyd edilir ki, ilin əvvəlindən milyarderin sərvəti 85 milyard dollar artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)