Fermerlərə 40 faiz güzəşt tətbiq edildi – Suvarma sisteminə dair
Azərbaycanda əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılmasına başlanılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu məqsədlə dövlət fermerlərə güzəştlər təklif edir:
“Hal-hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə suvarma sistemlərinin fermerlərə satış qiymətinə dövlət tərəfindən 40% güzəşt tətbiq edilir. 2019-2020-ci illərdə müasir suvarma sistemlərinin alınması üçün fermerlərə dövlət tərəfindən 30 milyon manata yaxın güzəşt məbləği ödənilib”.