Azərbaycanlının Nyu-Yorkda yaratdığı şirkət ölkəmizdən çıxır
Azərbaycanlı xanım Nigar Əliyeva tərəfindən yaradılan şirkət ölkəmizdəki nümayəndəliyini bağlamaq qərarına gəlib. Bu barədə şirkətin elanında məlumat daxil olub.
Elanda bildirilir ki, “America Idream LLC” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv ediləcək. Bu şirkətin baş ofisi Nyu-Yorkun dünyaca məşhur “Wall Street”də fəaliyyət göstərir.
Şirkət, xaricdə – ABŞ, Kanada, Böyük Britaniya, Avropa və ümumiyyətlə bütün dünyada təhsillə məşğul olub, konsaltinq işlərini həyata keçirirlər. Azərbaycanda isə 2019-cu ilin mayında Azərbaycanda nümayəndəlik açmışdır.